Cənubi Koreyanın Yaponiyadakı səfirliyinə içində təhdid və güllə olan məktub göndərilib

Cənubi Koreyanın Yaponiyadakı səfirliyinə içində təhdid və güllə olan məktub göndərilib Cənubi Koreyanın Tokioda səfirliyinin ünvanına içində təhdid, təhqir, həmçinin güllə olan məktub daxil olub.
Digər ölkələr
3 Sentyabr , 2019 07:48
Cənubi Koreyanın Yaponiyadakı səfirliyinə içində təhdid və güllə olan məktub göndərilib

Cənubi Koreyanın Tokioda səfirliyinin ünvanına içində təhdid, təhqir, həmçinin güllə olan məktub daxil olub.

"Report" xəbər verir ki, bu barədə "Asaxi" qəzeti bildirib.

Məktubu göndərən şəxs guya odlu silahının olduğunu bildirərək, koreyalıları təqib etmək niyyətini açıqlayıb.

Məlumata görə, zərfdə qısalüləli silahın gülləsi də olub.

"Koreyalılar, rədd olun!", - deyə nəşr məktubdan sitat gətirib.

Qeyd edilir ki, məktub səfirliyə ötən həftə daxil olub. Məktubun üzərində hansı ünvandan göndərildiyi qeyd edilməyib.

Son xəbərlər

Orphus sistemi