Cənubi Koreyanı qatı zəhərli duman bürüyüb

Cənubi Koreyanı qatı zəhərli duman bürüyüb Atmosferdəki təhlükəli mikrohissəciklərin konsentrasiyası normadan dörd-beş dəfə çoxdur
Digər ölkələr
26 Mart , 2018 10:36
Cənubi Koreyanı qatı zəhərli duman bürüyüb

Bakı. 26 mart. REPORT.AZ/ Koreya Respublikası hökuməti bu gün atmosferdəki təhlükəli mikrohissəciklərin konsentrasiyasının artması ilə bağlı təcili tədbirlər həyata keçirib. Hazırda ölkə üzrə orta hesabla onların səviyyəsi təhlükəli səviyyədən dörd-beş dəfə çoxdur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Ətraf Mühitin Mühafizəsi Nazirliyindən bildirilib.

Hökumət ölkənin bir çox regionlarında qatı dumana qarşı mübarizə aparmaq məqsədi ilə avtomobillərin hərəkətini məhdudlaşdırıb, ictimai parklama yerlərini bağlayıb, havanı çirkləndirən müəssisələrin iş saatlarını azaldıb.

Son xəbərlər

Orphus sistemi