Britaniyada parlamentin fəaliyyətini dayandırması qərarına qarşı nümayişlər keçiriləcək

Britaniyada parlamentin fəaliyyətini dayandırması qərarına qarşı nümayişlər keçiriləcək Böyük Britaniyanın baş naziri Boris Consonun ölkə parlamentinin fəaliyyətini dayandırmaq planlarından narazı olan yüz minlərlə insanın bu gün küçələrə çıxacağı gözlənilir.
Digər ölkələr
31 Avqust , 2019 13:22
Britaniyada parlamentin fəaliyyətini dayandırması qərarına qarşı nümayişlər keçiriləcək

Böyük Britaniyanın baş naziri Boris Consonun ölkə parlamentinin fəaliyyətini dayandırmaq planlarından narazı olan yüz minlərlə insanın bu gün küçələrə çıxacağı gözlənilir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"The Guardian" qəzetinin məlumatına görə, etiraz aksiyalarının London, Birmingem, Mançester, Liverpul, Nyukasl, Suonsi, Bristol, Qlazqo şəhərlərində keçiriləcəyi planlaşdırılır.

Müxalif Leyboristlər Partiyasının lideri Ceremi Korbin nümayişləri dəstəklədiyini ifadə edib: "Boris Consonun demokratiyanı necə məhv etdiyinə dair ictimaiyyətin qəzəbi qulaqbatırıcı idi. İnsanlar küçələrə çıxmaqla düz edirlər. Hamını Londonda və bütün ölkədə nümayişlərə qoşulmağa çağırıram".

Qeyd edək ki, avqustun 28-də kraliça II Elizabet baş nazir Boris Consonun xahişi ilə Britaniya parlamentinin işinin dayandırılmasını rəsmi olaraq təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi