Britaniyada bir gündə koronavirusdan 363 nəfər ölüb

Britaniyada bir gündə koronavirusdan 363 nəfər ölüb Son bir gün ərzində Britaniyada COVID-19-a daha 2 472 yoluxma aşkarlanıb.
Digər ölkələr
21 May , 2020 00:30
Britaniyada bir gündə koronavirusdan 363 nəfər ölüb

Son bir gün ərzində Britaniyada COVID-19-a daha 2 472 yoluxma aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bununla da virusa yoluxma ilə aşkar edilmiş halların ümumi sayı 248 293-ə çatıb.

Ölkədə son sutkada koronavirusdan 363 nəfər ölüb. Beləliklə krallıq ərazisində pandemiya qurbanlarının ümumi sayı 35 704 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi