Britaniya Honkonqda təhlükəsizlik haqqında qanunu araşdıracaq

Britaniya Honkonqda təhlükəsizlik haqqında qanunu araşdıracaq Böyük Britaniya hökuməti Honkonqda milli təhlükəsizliyin təmin olunması qanununun bu bölgənin Çinə verilməsinə dair iki ölkə tərəfindən qəbul edilmiş bəyannaməyə nə dərəcədə uyğun olduğunu araşdıracaq.
Digər ölkələr
30 İyun , 2020 20:00
Britaniya Honkonqda təhlükəsizlik haqqında qanunu araşdıracaq

Böyük Britaniya hökuməti Honkonqda milli təhlükəsizliyin təmin olunması qanununun bu bölgənin Çinə verilməsinə dair iki ölkə tərəfindən qəbul edilmiş bəyannaməyə nə dərəcədə uyğun olduğunu araşdıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson bildirib.

“Sözsüz ki, rəsmi Pekinin milli təhlükəsizlik qanunu qəbul etmək qərarından dərin narahatlıq keçiririk, çünki bu məsələ Honkonqa təsir edəcək. Bu qanunun Böyük Britaniya-Çin birgə bəyannaməsinin müddəalarına uyğun olub-olmamasını ayırd etmək üçün onu ətraflı şəkildə araşdırmaq istəyirik”, - deyən hökumət başçısı lazımi vaxtda Çin tərəfinin addımlarına cavab verəcəklərini də qeyd edib.

Böyük Britaniya baş nazirinin sözçüsü də sonrakı addımlarını qanunun təhlilindən çıxacaq qənaətlərə görə atacaqlarını diqqətə çatdırıb.

Bundan əvvəl Böyük Britaniya hökuməti bu cür qanunun qəbulu ilə Honkonqun özünü idarəetmə hüququnun, sakinlərinin hüquq və azadlıqlarının pozulacağını, bunun da Çinin beynəlxalq öhdəliklərinə zidd olduğunu dəfələrlə bildirmişdi. Belə ki, 1984-cü ildə imzalanmış bəyannamədə Honkonq Çinin xüsusi inzibati bölgəsi elan edilməklə geniş muxtariyyat hüquqlarına malik olub yerli məsələlərə dair inzibati, qanunyaradıcı, məhkəmə səlahiyyətlərinə malikdir. Çin tərəfi isə cavab olaraq hər dəfə onların daxili işlərinə hər hansı müdaxilənin yolverilməz olduğunu irəli sürüb.

Son xəbərlər

Orphus sistemi