Böyük Britaniyada “Brexit”in təxirə salınmasına dair qanun qüvvəyə minib

Böyük Britaniyada “Brexit”in təxirə salınmasına dair qanun qüvvəyə minib Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasının təxirə salınması barədə ötən həftə parlamentdə qəbul edilmiş qanun layihəsi Kraliça II Elizabet tərəfindən təsdiqlənərək qüvvəyə minib.
Digər ölkələr
9 Sentyabr , 2019 19:46
Böyük Britaniyada “Brexit”in təxirə salınmasına dair qanun qüvvəyə minib

Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmasının təxirə salınması barədə ötən həftə parlamentdə qəbul edilmiş qanun layihəsi Kraliça II Elizabet tərəfindən təsdiqlənərək qüvvəyə minib.

“Report” “Sky News”a istinadən xəbər verir ki, qanun ölkə iqtisadiyyatına uzunmüddətli fəsadlar gətirəcək sazişsiz “Brexit”ə yol verməmək məqsədi daşıyır.

Oktyabrın 19-dək Aİ ilə gələcək əməkdaşlığa dair razılığa gəlinməsə, qanun hökumətin üzərinə qarşı tərəfdən “Brexit”i 3 ay müddətinə, yəni 2020-ci ilin 31 yanvar tarixinədək təxirə salmaq barədə xahiş etmək öhdəliyi qoyur.

Xatırladaq ki, ölkənin baş naziri Boris Conson Aİ ilə “Brexit”i təxirə salmaq üçün danışıqlar aparmayacaqlarını, Aİ-dən əvvəlcədən nəzərdə tutulduğu kimi, oktyabrın 31-dən gec olmayaraq çıxacaqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi