Braziliyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötdü

Braziliyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötdü Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı23 101nəfər olub və 1 gündə 620 nəfər ölüb.
Digər ölkələr
17 Avqust , 2020 03:20
Braziliyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötdü

Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 23 101 nəfər olub və 1 gündə 620 nəfər ölüb. 

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə yoluxanların ümumi sayı 3 340 197-dir.

İndiyədək virusa yoluxmuş 107 min 852 xəstə vəfat edib. 2 milyon 432 min 456 nəfər isə sağalıb. 

Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

Son xəbərlər

Orphus sistemi