Braziliya “G-7”nin maliyyə yardımından imtina edəcək

Braziliya “G-7”nin maliyyə yardımından imtina edəcək Braziliya hökuməti Amazon meşələrində baş verən yanğınlara qarşı mübarizədə ayrılacaq beynəlxalq maliyyə yardımından imtina edəcək.
Digər ölkələr
27 Avqust , 2019 08:45
Braziliya “G-7”nin maliyyə yardımından imtina edəcək

Braziliya hökuməti Amazon meşələrində baş verən yanğınlara qarşı mübarizədə ayrılacaq beynəlxalq maliyyə yardımından imtina edəcək.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Braziliya prezidentinin mülki ofis rəhbəri Oniks Lorençoni bəyan edib.

Söhbət Fransa prezidenti Emmanuel Makronun “Amazon hövzəsindəki kütləvi meşə yanğınlarının söndürülməsi üçün region ölkələrinə 20 milyon avroyadək vəsait ayrılacaq” açıqlamasından gedir.

“Bu maliyyə yardımı Avropa meşələrini bərpa etmək üçün daha uyğundur. Makron, bəşəriyyətin mədəni irsi olan kilsədə gözlənilən yanğının qarşısını ala bilmədi və yenə də bizə bir şey öyrətmək istəyir?”.

Lorençoni bildirib ki, Braziliya istənilən ölkəyə meşələri necə xilas etməyi öyrədə bilər. 

Son xəbərlər

Orphus sistemi