Bolqarıstanda hərbi zavodda partlayış olub

Bolqarıstanda hərbi zavodda partlayış olub Bolqarıstanda silah istehsalı zavodunda istehsalat qəzası nəticəsində 2 fəhlə yaralanıb.
Digər ölkələr
14 May , 2020 14:30
Bolqarıstanda hərbi zavodda partlayış olub

Bolqarıstanda silah istehsalı zavodunda istehsalat qəzası nəticəsində 2 fəhlə yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “TASS” yayıb.

Bildirilib ki, hadisə Bolqarıstanın Kazanlık şəhərində “Arsenal” silah zavodundakı qumbara sexində baş verib.

Məlumata görə, hadisə nəticəsində dağıntı da olub.

Qəza yerində xüsusi xidmət orqanlarının nümayəndələri araşdırma aparır.

Qeyd edək ki, “Arsenal” zavodu Bolqarıstanın strateji hərbi obyektlərindən sayılır. 

Son xəbərlər

Orphus sistemi