Bolqarıstan parlamenti hökumətə etimadsızlıq votumunun əleyhinə səs verib

Bolqarıstan parlamenti hökumətə etimadsızlıq votumunun əleyhinə səs verib Səsvermədə 237 deputatdan 124-ü etimadsızlıq votumunun əleyhinə, 102-si lehinə səs verib, 11 parlamentari bitərəf qalıb
Digər ölkələr
21 İyul , 2020 14:29
Bolqarıstan parlamenti hökumətə etimadsızlıq votumunun əleyhinə səs verib

Bolqarıstan Xalq Məclisi (parlamenti) növbədənkənar iclasda Boyko Borisovun başçılıq etdiyi hökumətə etimadsızlıq votumunu təsdiqləməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, Bolqarıstan Milli Televiziyası tərəfindən yayımlanan parlament iclasında baş tutan səsvermədə 237 deputat iştirak edib. Onlardan 124-ü etimadsızlıq votumunun əleyhinə, 102-si lehinə səs verib, 11 parlamentari bitərəf qalıb. Baş nazir səsvermədə iştirak etməyib.

Qeyd edək ki, hökumətə etimadsızlıq məsələsinin səsverməyə çıxarılması təşəbbüsü müxalifətdə olan Bolqarıstan Sosialist Partiyası (BSP) tərəfindən irəli sürülüb. Onlar hakimiyyət orqanlarındakı korrupsiya ilə əlaqədar hökumətə etimadsızlıq votumu göstərilməsini istəyirdi. Onlardan əvvəl isə Bolqarıstan Prezidenti Rumen Radev hökuməti və baş prokuroru istefaya çağırmışdı. O, bunu hökumətdə yenilənməyə və müasirləşməyə ehtiyac olması ilə izah etmişdi.

Son xəbərlər

Orphus sistemi