BMT: Ukraynada üç minə yaxın insan münaqişənin qurbanı olub

BMT: Ukraynada üç minə yaxın insan münaqişənin qurbanı olub Aprel ayının ortalarından avqust ayının 27-dək Ukraynada 2,5 mindən artıq dinc sakin öldürülüb, 6 minə yaxın insan yaralanıb
Digər ölkələr
8 Sentyabr , 2014 17:55
BMT: Ukraynada üç minə yaxın insan münaqişənin qurbanı olub

Bakı. 8 sentyabr. REPORT. AZ/ Ən azı üç min insan Ukraynanın şərqində münaqişələrin qurbanı olub. Report-un AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Zeyad Raad əl Hüseynin bəyanatında deyilir. 

Bir müddət əvvəl BMT məlumat yayıb ki, aprel ayının ortalarından avqust ayının 27-dək Ukraynada 2,5 mindən artıq dinc sakin öldürülüb, 6 minə yaxın insan yaralanıb.

Kiyev hakimiyyəti aprel ayından Ukraynanın şərqində antiterror əməliyyatlarını keçirir. Sentyabr ayının 5-də Minskdə Ukraynanın şərqində atəşkəs haqqında razılıq əldə olunub.   

Son xəbərlər

Orphus sistemi