BMT-nin yeni baş katibinin Donald Trampla telefon danışığı olub

BMT-nin yeni baş katibinin Donald Trampla telefon danışığı olub Həmsöhbətlər BMT və ABŞ arasında əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər
Digər ölkələr
5 Yanvar , 2017 09:31
BMT-nin yeni baş katibinin Donald Trampla telefon danışığı olub

Bakı. 5 yanvar. REPORT.AZ/ BMT-nin yeni baş katibi Antoniu Quterreş ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng vurub.

"Report" xəbər verir ki, bu barədə BMT mətbuat katibinin ofisinin nümayəndəsi Farhan Hak bildirib.

Onun sözlərinə görə, telefon zəngi protokol xarakterli olub, bir növ ilkin tanışlıq məqsədi daşıyıb. Həmsöhbətlər BMT və ABŞ arasında əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər.

Jurnalistlərin suallarını cavablandıran F.Hak söhbət əsnasında BMT-nin büdcə məsələsinin müzakirə olmadığını söyləyib. O, A.Quterreşin andiçmədən sonra ABŞ prezidenti Donald Trampla daha sıx əməkdaşlığa ümidvar olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi