Birmingem xəstəxanasında atəş açan şəxs ölü tapılıb - YENİLƏNİB

Birmingem xəstəxanasında atəş açan şəxs ölü tapılıb - YENİLƏNİB Onun üzərində odlu silah yarası olub
Digər ölkələr
15 Mart , 2018 07:41
Birmingem xəstəxanasında atəş açan şəxs ölü tapılıb - YENİLƏNİB

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ-ın Alabama ştatının Birmingem şəhər xəstəxanasında iki nəfəri atəş açaraq yaralayan şəxs ölü tapılıb.

“Report” xəbər verir ki, onun meyiti üzərində odlu silah yarası olub.

Hadisə zamanı yaralananların vəziyyəti barədə məlumat yoxdur. Cinayətin motivi də məlum deyil.


***05:13

Bakı. 15 mart. REPORT.AZ/ Amerikanın Birmingem şəhərində (Alabama ştatı) yerləşən xəstəxanalardan birində naməlum şəxs atəş açıb.

“Report” xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Hadisə çərşənbə günü axşam baş verib. Atışmaya məhz nəyin səbəb olduğu açıqlanmır.

Polis qeyd edib ki, şübhəli şəxs saxlanılıb. Başqa təfərrüatlar hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi