Avstraliya XİN rusiyalı diplomatları casusluqda şübhəli bilir

Avstraliya XİN rusiyalı diplomatları casusluqda şübhəli bilir Culi Bişop: "Bu məlumatları Avstraliya kəşfiyyatı təqdim edib"
Digər ölkələr
28 Mart , 2018 09:46
Avstraliya XİN rusiyalı diplomatları casusluqda şübhəli bilir
EPA Photo/Luong Thai Linh

Bakı. 28 mart. REPORT.AZ / Avstraliyanın xarici işlər naziri Culi Bişop Rusiya diplomatlarının casusluqla məşğul olması şübhələri ilə əlaqədar Kanberra şəhərində Rusiyanın səfiri Qriqori Loqvinovla görüşəcək.

Bu barədə "Report" ABC telekanalına istinadən xəbər verir.

C.Bişop telekanala müsahibəsində bildirib ki, bu məlumatları ona Avstraliya kəşfiyyatı təqdim edib.

Q.Loginov isə "diplomat casuslar" haqqında telekanalın sualına cavab olaraq deyib ki, ümumiyyətlə, bu, çox gülməli məsələdir: "Səfirlikdə heç vaxt casuslar işləməyiblər."

Son xəbərlər

Orphus sistemi