Məhkəmə Assanjın ekstradisiyası ilə bağlı dinləmələri 2020-ci ilin fevralına təyin edib

Məhkəmə Assanjın ekstradisiyası ilə bağlı dinləmələri 2020-ci ilin fevralına təyin edib ABŞ-ın tələbi üzrə WikiLeaks şirkətinin təsisçisi Culian Assanjın ekstradisiyası ilə bağlı beşgünlük məhkəmə iclası 2020-ci il fevralın 24-dən sonra keçiriləcək.
Digər ölkələr
14 İyun , 2019 15:14
Məhkəmə Assanjın ekstradisiyası ilə bağlı dinləmələri 2020-ci ilin fevralına təyin edib
AP Photo/Matt Dunham

ABŞ-ın tələbi üzrə "WikiLeaks" şirkətinin təsisçisi Culian Assanjın ekstradisiyası ilə bağlı beşgünlük məhkəmə iclası 2020-ci il fevralın 24-dən sonra keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə avstraliyalının ekstradisiyası məsələsinin nəzərdən keçirildiyi Londonun Vestminster Magistratlar Məhkəməsində prosedur iclasında hakim bildirib.

ABŞ prokurorluğunun nümayəndələri Birləşmiş Ştatlarda Assanja qarşı irəli sürülən və avstraliyalının ekstradisiya tələbinin son versiyasında təsbit edilən ittihamları söyləyəcək.

Sənədin son versiyası ötən həftə Vaşinqton tərəfindən Londona göndərilib. Bundan sonra sorğu Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid tərəfindən imzalanıb, başqa sözlə, rəsmi şəkildə nəzərdən keçirilmək və qərar qəbul edilməsi üçün məhkəməyə müraciət edilmək üçün qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi