AŞPA-nın Münaqişələr üzrə Alt Komitəsinin yeni tərkibi açıqlanıb

AŞPA-nın Münaqişələr üzrə Alt Komitəsinin yeni tərkibi açıqlanıb Səməd Seyidov yenidən Alt Komitənin üzvü seçilib
Digər ölkələr
25 Yanvar , 2018 21:50
AŞPA-nın Münaqişələr üzrə Alt Komitəsinin yeni tərkibi açıqlanıb

Strasburq. 25 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Münaqişələr üzrə Alt Komitəsinin yeni tərkibi təsdiqlənib.

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə,  AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda Alt Komitənin sədri seçilib.

Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən Alt Komitənin üzvü seçilib. Alt Komitənin sədri və üzvləri bir il müddətinə seçiliblər.

Xatırladaq ki, bundan əvvəl Münaqişələr üzrə Alt Komitənin sədri missiyasını AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi Ştefan Şennak həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi