Dayə və uşaqlar Beyrutdakı partlayışdan belə xilas oldu

Dayə və uşaqlar Beyrutdakı partlayışdan belə xilas oldu Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın kadrları mənzildəki müşahidə kamerasına düşüb.
Digər ölkələr
7 Avqust , 2020 15:50
Dayə və uşaqlar Beyrutdakı partlayışdan belə xilas oldu

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın kadrları mənzildəki müşahidə kamerasına düşüb.

“Report” xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.

Videogörüntüdə partlayışı görən ailə pəncərəyə yaxınlaşıb, daha sonra isə partlayış dalğası onların binasına çarpılıb.

Görüntülərdə uşağın xəsarət alması da sezilib.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 154 nəfər ölüb, mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

Son xəbərlər

Orphus sistemi