Alp dağlarında təyyarə qəzası baş verib, ölənlər var

Alp dağlarında təyyarə qəzası baş verib, ölənlər var ​Alp dağlarında təyyarə qəzası baş verib, ölənlər var
Digər ölkələr
25 Avqust , 2019 18:53
Alp dağlarında təyyarə qəzası baş verib, ölənlər var

Alp dağlarında təyyarə qəzası baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Simplon aşırımında qeydə alınıb.

Yerli polisin saytının yaydığı məlumata görə, İtaliya istiqamətində uçan yüngül mühərrikli təyyarə "Piper" aşırıma düşüb və yanıb. Qəza zamanı pilot2 sərnişin həlak olub. Ölənlərdən birinin uşaq olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. 

Faktla bağlı təhqiqat aparılır. 

Son xəbərlər

Orphus sistemi