Almaniyada məscidlərə hücumların sayı artıb

Almaniyada məscidlərə hücumların sayı artıb Təkcə 2016-cı ilin ikinci rübündə Almaniya ərazisində 14 hadisə qeydə alınıb
Digər ölkələr
29 Sentyabr , 2016 15:09
Almaniyada məscidlərə hücumların sayı artıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Almaniyada məscid və müsəlmanlara məxsus təşkilatlar getdikcə daha çox hücumların hədəfinə çevrilir.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın "Sueddeutsche Zeitung" nəşri polisdən aldığı məlumatlara istinadən yazıb.

Bildirilir ki, hücumların əksəriyyəti Almaniyanın qərb hissəsində baş verir. Bu da onunla əlaqədardır ki, ölkənin şərqində yaşayan müsəlmanların sayı qərblə müqayisədə daha azdır. Təkcə 2016-cı ilin ikinci rübündə Almaniya ərazisində 14 hadisə qeydə alınıb. Məqalədə deyilir ki, onlardan yalnız bir neçəsi barədə məlumat yayılıb.

Bundan əlavə, Almaniya polisi müsəlmanlara qarşı zorakılıq səviyyəsinin artdığını bildirib. 2010-cu ildə polisə müsəlmanlara qarşı olan 23 hücum faktı məlum idisə, 2014-cü ildə bu rəqəm 64-ə, 2015-ci ildə isə 75-ə çatıb. Daha çox hücum Leyptsiq, Köln, Berlin və Hamburqda baş verib.

Son xəbərlər

Orphus sistemi