Almaniyada koronavirusa yoluxanların sayı 184,2 min nəfərə çatır

Almaniyada koronavirusa yoluxanların sayı 184,2 min nəfərə çatır Almaniyada son sutkada koronavirusa 214 yoluxma qeydə alınıb.
Digər ölkələr
8 İyun , 2020 08:14
Almaniyada koronavirusa yoluxanların sayı 184,2 min nəfərə çatır

Almaniyada son sutkada koronavirusa 214 yoluxma qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, son bir gündə ölkədə koronavirusdan daha 6 nəfər vəfat edib.

Bildirilir ki, son statistikalar da daxil olmaqla, ölkədə koronavirusa yoluxanların sayı 184 193 nəfərə çatıb. Pandemiya ərzində Qərbi Avropa ölkəsində 8 674 nəfər virusdan ölüb. Həmçinin virusa yoluxmuş 169 mindən çox insan sağalaraq evə buraxılıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi