Angela Merkel BMT-nin iclasında iştirak etməyəcək

Angela Merkel BMT-nin iclasında iştirak etməyəcək Bununla belə Nyu-Yorkdakı tədbirə arzu edən qatıla bilər.
Digər ölkələr
31 İyul , 2020 10:55
Angela Merkel BMT-nin iclasında iştirak etməyəcək
Angela Merkel

Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Hayko Maas BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli həftəsində iştirak etməyəcəklər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın BMT-dəki daimi nümayəndəsi Kristof Hoysgen iyulun 31-də keçirdiyi mətbuat konfransında bildirib.

O, bunu COVID-19 pandemiyası ilə bağlı təlimata əməl etmələri ilə əsaslandırıb.

Bir müddət əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp tədbirdə şəxsən çıxış edəcək yeganə dövlət başçısı olacaq. Başqa liderlərin çıxışları videomüraciət şəklində göstəriləcək.

Bununla belə Nyu-Yorkdakı tədbirə arzu edən qatıla bilər.

Son xəbərlər

Orphus sistemi