“
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə keçirilən “İndi nə?” beynəlxalq konfransda Slovakiyanın xarici işlər naziri Miroslav Layçak bildirib.
Onun sözlərinə görə, qarşılıqlı əməkdaşlıq Avropa dəyərləri, prinsipləri və məqsədlərinə əsaslanmalıdır: “Bu, bizim proqramın ikinci mərhələsində görmək istədiyimizdir. Proqramın ikinci mərhələsində üzv ölkələr arasında əlaqələrin gücləndirilməsinə diqqət verilməlidir”.
XİN başçısı qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramının yekun nəticəsi barədə az danışılmalıdır: “Bu proqramla bağlı daha çox praktiki əməkdaşlıq barədə danışmaq lazımdır”.