Aİ Rusiya vətəndaşlarına qarşı sanksiyaların müddətini uzatdı

Aİ Rusiya vətəndaşlarına qarşı sanksiyaların müddətini uzatdı Sənəddə qərarın Şura tərəfindən yazılı şəkildə qəbul olunduğu, yəni müzakirəyə qapalı olduğu vurğulanır
Digər ölkələr
10 Sentyabr , 2020 19:59
Aİ Rusiya vətəndaşlarına qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Ukrayna hadisələrindən sonra tətbiq etdiyi Rusiya və Ukraynanın fiziki və hüquqi şəxslərinin “qara siyahısı”nın qüvvədə qalma müddətini daha altı ay - 2021-ci il martın 15-dək uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının cümə axşamı Brüsseldə yayılan bəyanatında deyilir.

Sənəddə qərarın Şura tərəfindən yazılı şəkildə qəbul olunduğu, yəni müzakirəyə qapalı olduğu vurğulanır.

“Hüquqi aktları 11 sentyabr 2020-ci il tarixində rəsmi jurnalda dərc ediləcək” – bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi