Tramp Konqresin İranla bağlı qətnaməsinə veto qoydu

Tramp Konqresin İranla bağlı qətnaməsinə veto qoydu Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp ABŞ Konqresinin İrana qarşı güc tətbiqini qadağan edən qətnaməsinə veto qoyub.
Digər ölkələr
7 May , 2020 03:31
Tramp Konqresin İranla bağlı qətnaməsinə veto qoydu

Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp ABŞ Konqresinin İrana qarşı güc tətbiqini qadağan edən qətnaməsinə veto qoyub.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Bu gün mənə İrana qarşı hərbi hərəkətlərdə Birləşmiş Ştatların Silahlı Qüvvələrindən istifadəni qurtarmaq əmri verən S.J.Res.68 qətnaməsinə veto qoydum. Bu, 3 noyabr seçkilərində (Konqresə) demokratlar tərəfindən onların qələbə strategiyası çərçivəsində Respublikaçılar Partiyasının bölünməsi yolu ilə daxil edilmiş olduqca təhqiramiz qətnamə idi. Buna səs verən bəzi respublikaçılar onların əlinə oynadılar”, - prezidentin Ağ Evdə yayılmış bəyanatında deyilir.

Dövlət başçısı əmindir ki, Konqresin qətnaməsi "faktların və qanunun səhv anlaşılmasına" əsaslanır. Donald Tramp İran generalı Qasım Süleymaninin öldürülməsinə ABŞ qanunu ilə tamamilə icazə verildiyinə təkid edib.

“Qətnamədə prezidentin ABŞ-ı və silahlı qüvvələri labüd hücumdan qorumaq üçün hərbi güc tətbiq etməklə bağlı Konstitusiya səlahiyyətinin məhdudlaşdırılması nəzərdə tutulur. Bu səhvdir. Biz düşmən dünyasında yaranan təhlükələr arasında yaşayırıq və konstitusiya prezidentin rəqiblərimizin növbəti addımlarını qabaqcadan görə və sürətli, qətiyyətli cavab tədbirləri qəbul edə bilməsini tanıyır. Mənim etdiyim budur!" - Tramp deyib.

Son xəbərlər

Orphus sistemi