ABŞ-ın yeni prezidenti ölkə iqtisadiyyatının artımını iki dəfə sürətləndirəcəyini vəd edib

ABŞ-ın yeni prezidenti ölkə iqtisadiyyatının artımını iki dəfə sürətləndirəcəyini vəd edib "Hər bir amerikalı öz potensialını həyata keçirmək imkanını əldə edəcək"
Digər ölkələr
9 Noyabr , 2016 12:38
ABŞ-ın yeni prezidenti ölkə iqtisadiyyatının artımını iki dəfə sürətləndirəcəyini vəd edib

Arizona. 9 noyabr. REPORT.AZ/ "Hillari Klinton mənə zəng vurub və bizi qələbə münasibətilə təbrik edib. Mən də öz növbəmdə onu və onun ailəsini bu çox çətin kampaniya ilə əlaqədar təbrik etdim". 

"Report"un xüsusi müxbiri xəbər verir ki, bu fikirləri Donald Tramp ABŞ prezidenti postuna seçildikdən sonra ilk çıxışı zamanı bildirib. 

"Bu millətin bütün respublikaçıları və demokratları, bizim birləşmək, vahid olmaq, vahid millət qurmaq və "Amerika arzusunu" bərpa etmək vaxtı çatıb. Hər bir amerikalı öz potensialını həyata keçirmək imkanını əldə edəcək", - deyə o vurğulayıb. 

D.Tramp ABŞ iqtisadiyyatının artımını iki dəfə sürətləndirəcəyini vəd edib.

Son xəbərlər

Orphus sistemi