ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeo Şimali Koreya lideri ilə görüşüb

ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeo Şimali Koreya lideri ilə görüşüb "Görüş sakit məcrada keçib, yaxşı münasibətlər qurulub"
Digər ölkələr
18 Aprel , 2018 15:40
ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeo Şimali Koreya lideri ilə görüşüb

Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun Şimali Koreyanın dövlət başçısı Kim Çen In ilə görüşdüyünü təsdiqləyib.

"Report" xəbər verir ki, D.Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

"Mayk Pompeo Kim Çen İn ilə keçən həftə Şimali Koreyada görüşüb. Görüş sakit məcrada keçib, yaxşı münasibətlər qurulub. Qarşıdakı sammitin detalları üzərində hazırda iş aparılır. Nüvəsizləşdirmə bütün dünya üçün, elə Şimali Koreya üçün də gözəl şey olacaq!" - D.Tramp yazıb.

Qeyd edək ki, daha əvvəl "The Washington Post" qəzeti M.Pompeo və Kim Çen Inin aprelin 1-də gizli görüşdüyünü öyrənib. Onlar ABŞ və Şimali Koreya liderlərinin sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi