​ABŞ-da yanacaq doldurma məntəqəsində iki nəfər güllələnərək öldürülüb

​ABŞ-da yanacaq doldurma məntəqəsində iki nəfər güllələnərək öldürülüb Hadisənin baş vermə səbəbi və şübhəli haqda məlumat yayılmayıb
Digər ölkələr
13 İyun , 2016 14:16
​ABŞ-da yanacaq doldurma məntəqəsində iki nəfər güllələnərək öldürülüb

Bakı. 13 iyun. REPORT.AZ/ ABŞ-ın Ohayo ştatında yanacaq doldurma məntəqəsində iki nəfər güllələnərək öldürülüb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

İnformasiyaya əsasən, hadisə ştatın Klivlend şəhərində baş verib.

Məlumata görə, polis hadisə yerində 24 yaşlı kişi və 18 yaşlı qadın meyiti aşkar edib.

Hadisənin baş vermə səbəbi və şübhəli haqda məlumat yayılmayıb.

Polis araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi