ABŞ-da həyat yoldaşını güllələyən erməni hadisə yerindən qaçıb

ABŞ-da həyat yoldaşını güllələyən erməni hadisə yerindən qaçıb Bakı. 30 mart. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhəri ətrafında yerləşən Taxanqa şəhərciyində erməni əsilli ABŞ vətəndaşı həyat yoldaşını güllələyib və daha sonra hadisə yerindən qaçıb.
Digər ölkələr
30 Mart , 2018 10:11
ABŞ-da həyat yoldaşını güllələyən erməni hadisə yerindən qaçıb

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhəri ətrafında yerləşən Taxanqa şəhərciyində erməni əsilli ABŞ vətəndaşı həyat yoldaşını güllələyib və daha sonra hadisə yerindən qaçıb.  

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu yerli polis idarəsinin təmsilçisi Frenk Deperno bildirib.

Məlumata görə, adları açıqlanmayan ər-arvad arasında mübahisə düşüb. Nəticədə ər odlu silahdan açdığı atəşlə həyat yoldaşını çiynindən yaralayıb. Bundan sonra erməni ər evin pəncərəsini daşa basıb. Həmin vaxt evdə uşaq olub, amma o, xəsarət almayıb.

Hadisədən sonra kişi qaçıb. Polis bildirib ki, həmin şəxs silahlıdır. Onun barəsində axtarış elan edilib və tutulması istiqamətində tədbirlər görülür. 

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi