ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə qarşı sanksiyalar tətbiq edə bilər Prezidentin müşaviri Con Bolton: "Niyyət və məqsədlərini nəzərə aldıqda BCM bizim üçün artıq ölüb"
Digər ölkələr
10 Sentyabr , 2018 10:49
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə qarşı sanksiyalar tətbiq edə bilər

Bakı. 10 sentyabr. REPORT.AZ/ Ağ ev Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) hakimlərinin amerikalıların Əfqanıstanda törədilən insanlığa qarşı cinayətlərdə iştirakı hallarını nəzərdən keçirməyə davam edəcəyi təqdirdə onlara qarşı sanksiyalar tətbiq edə biləcəyi ilə bağlı xəbərdarlıq etmək niyyətindədir.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"ABŞ öz vətəndaşlarını və müttəfiq ölkələrin vətəndaşlarını bu qanunsuz məhkəmənin ədalətsiz təqibindən qorumaq üçün bütün lazımi tədbirləri görəcək", - ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Vaşinqtonda "Federalist Society"də - mühafizəkar qrupda çıxış edən zaman deyib.

Ümumiyyətlə, hakimlərə qarşı tədbirlər qismində onların ABŞ ərazisinə girişinə qadağa, ABŞ ərazisindəki hesablarına sanksiya məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulub.

"Biz BCM ilə əməkdaşlıq etməyəcək, onlara yardım göstərməyəcək və ora qoşulmayacağıq. Onun öz-özünə məhv olmasına imkan verəcəyik. Yekun nəticədə, niyyət və məqsədlərini nəzərə aldıqda BCM bizim üçün artıq ölüb", - o vurğulayıb.

C.Bolton qeyd edib ki, ABŞ BMT Təhlükəsizlik Şurası tərəfindən məhkəmənin geniş səlahiyyətlərinin məhdudlaşdırılması, o cümlədən BCM-nin Roma Statutunu ratifikasiya etməmiş ABŞ və müttəfiq ölkələrin vətəndaşları üzərində yurisdiksiyasını həyata keçirə bilməməsinin təmin edilməsi üzrə tədbirlər görülməsinin mümkünlüyünü nəzərdən keçirəcək.

Son xəbərlər

Orphus sistemi