​İtaliya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək

​İtaliya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək Görüşdə etnik və digər zəmində baş verən münaqişələr və bir sıra qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur
Diaspor
9 Yanvar , 2016 19:20
​İtaliya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək

Bakı. 9 yanvar. REPORT.AZ/ Yanvarın 26-28-də İtaliyanın paytaxtı Romada keçiriləcək IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşündən sonra İtaliya prezidenti və xarici işlər naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək. 

"Report" xəbər verir ki, NGBM üzvləri prezident Sergio Mattarellanın qəbulunda yanvarın 27-də olacaqlar. 

Prezidentlə görüşdə etnik və digər zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemlər də daxil olmaqla bir sıra qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur. Görüşdən sonra İtaliya prezidenti adından Mərkəz üzvlərinə ziyafət veriləcəyi gözlənilir.

Yanvarın 28-də İtaliyanın XİN rəhbəri Paolo Gentiloni NGBM üzvlərini qəbul edəcək. Görüşdə müzakirə ediləcək məsələlər sırasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq istiqamətləri, mart ayının 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıqlar, ölkələr arasındakı dostluq və tərəfdaşlıq münasibətləri kimi mövzuların yer alacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi