Gürcüstanda azərbaycandilli məktəblər təmir olunur

Gürcüstanda azərbaycandilli məktəblər təmir olunur Gürcüstanın Dmanisi rayonunda yerləşən azərbaycandilli iki məktəbdə əsaslı təmir-bərpa işləri aparılır.
Diaspor
9 İyun , 2020 12:21
Gürcüstanda azərbaycandilli məktəblər təmir olunur

Gürcüstanın Dmanisi rayonunda yerləşən azərbaycandilli iki məktəbdə əsaslı təmir-bərpa işləri aparılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

Bərpa edilən məktəblər Yaqublu və Qəmərli kəndlərində yerləşir. Bu kəndlərlə yanaşı, Maşavera və Sarkineti kənd orta məktəbləri də təmir olunur.

Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili və Dmanisinin icra başçısı Giorgi Tatuaşvili məktəblərdə aparılan təmir işləri ilə tanış olublar.

Dövlət məktəblərindəki vəziyyətin yaxşılaşdırılması üçün yerli büdcədən 361 790 lari məblığində vəsait ayrılıb. Təhsil müəssisələri istilik sistemləri, dam örtüyü və sanitar qovşaqlarla təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi