Diaspor Komitəsi İstanbulda yaşayan azərbaycanlı ailələrə yardım edib

Diaspor Komitəsi İstanbulda yaşayan azərbaycanlı ailələrə yardım edib Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə yardım edib.
Diaspor
6 May , 2020 18:13
Diaspor Komitəsi İstanbulda yaşayan azərbaycanlı ailələrə yardım edib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə yardım edib.

“Report” xəbər verir ki, İstanbulda yerləşən “Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik” dərnəyi bu barədə Dövlət Komitəsinə müraciət ünvanlayıb.

Həmin müraciətə əsasən dərnəyin nəzdində fəaliyyət göstərən Hüseyn Cavid adına orta məktəbdə təhsil alan səksən şagirdin ailəsinə ərzaq yardımı göstərilib.

Qeyd edək ki, yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada qeyri-qanuni məskunlaşan ailələrdir.

Hazırda COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.

Xatırladaq ki, Türkiyədə qeyri-qanuni məskunlaşmış bu soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının da daxil olduğu İşçi qrup bir sıra tədbirlər görüb. Bunun nəticəsi olaraq, onlardan 18 nəfərinə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqəsi verilib, digər şəxslərin sənədlərinin hazırlanması istiqamətində fəaliyyət davam etdirilir.

Son xəbərlər

Orphus sistemi