Azərbaycan diasporu Rusiyada təqaüdçülərə yardım edəcək

Azərbaycan diasporu Rusiyada təqaüdçülərə yardım edəcək Rusiyanın Ural regionunda fəaliyyət göstərən Azərbaycan diasporu koronavirus pandemiyası ilə əlaqədar yaranmış durumda yalnız həmvətənlərinə yox, həm də digər xalqlardan olanlara yardım edir.
Diaspor
16 Aprel , 2020 11:41
Azərbaycan diasporu Rusiyada təqaüdçülərə yardım edəcək

Rusiyanın Ural regionunda fəaliyyət göstərən Azərbaycan diasporu koronavirus pandemiyası ilə əlaqədar yaranmış durumda yalnız həmvətənlərinə yox, həm də digər xalqlardan olanlara yardım edir.

“Report” “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, diaspor nümayəndələri özünütəcrid rejimində olan Ural təqaüdçülərinə ərzaq payları verəcək.

Azərbaycan diasporu təqaüdçülərə ərzaq məhsulları, yumurta, süd, çörək, un məmulatları və ət məhsullarından ibarət ərzaq paketləri toplayıb. İlk gündə 300-dən çox insan belə yardım əldə edib. Aksiya Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu ilə birgə təşkil edilib.

“Bu paylar təkcə azərbaycanlılar üçün deyil. Sverdlovsk vilayətində yaşayan bütün xalqların nümayəndələrinə yardım edirik. Bu gün bir çox insan iş vaxtının azaldılması və ya planlaşdırılmamış tətil səbəbindən çətin vəziyyətə düşüb”, - Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski deyib.

Son xəbərlər

Orphus sistemi