YAP-ın icra katibinin müavini: "Siyasi mübarizədə fikirlər söyüşlə ifadə olunursa, o zaman bu, siyasət deyil"

YAP-ın icra katibinin müavini: "Siyasi mübarizədə fikirlər söyüşlə ifadə olunursa, o zaman bu, siyasət deyil" Bakı. 27 mart. REPORT.AZ/ Siyasi mübarizə başqa formaya keçirsə və burada söyüşlə fikirlər ifadə olunursa, o zaman bu, siyasət deyil.
Daxili siyasət
28 Mart , 2018 12:17
YAP-ın icra katibinin müavini: Siyasi mübarizədə fikirlər söyüşlə ifadə olunursa, o zaman bu, siyasət deyil
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı / Report/ Elchin Murad

Bakı. 27 mart. REPORT.AZ/ "Siyasi mübarizə başqa formaya keçirsə və burada söyüşlə fikirlər ifadə olunursa, o zaman bu, siyasət deyil".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, belə hərəkət pislənən hərkətdir və İslam dininə də ziddir: "Çünki söyüş söyən dini murdarlayır. Hər kəs milli-mənəvi dəyərləri qorumalıdır". 

Son xəbərlər

Orphus sistemi