Vüqar Şıxəmmədov Səbail rayon icra başçısının müavini vəzifəsinə təyin olunub

Vüqar Şıxəmmədov Səbail rayon icra başçısının müavini vəzifəsinə təyin olunub Bakı. 14 dekabr. REPORT.AZ/ Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abid Əliyev vəzifəsindən azad edilib.
Daxili siyasət
14 Dekabr , 2018 08:25
Vüqar Şıxəmmədov Səbail rayon icra başçısının müavini vəzifəsinə təyin olunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abid Əliyev vəzifəsindən azad edilib.

"Report"un məlumatına görə, bununla bağlı RİH başçısı Vüqar Zeynalov müvafiq əmr imzalayıb.

V.Zeynalovun digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxəmmədov təyin olunub.

O, bundan öncə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.

A.Əliyevin isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında idarə rəisi vəzifəsinə təyin ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi