UNDP rəhbəri 18 ildən sonra Azərbaycana səfər edəcək

UNDP rəhbəri 18 ildən sonra Azərbaycana səfər edəcək Səfər zamanı H.Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakı planlaşdırılır
Daxili siyasət
25 Sentyabr , 2014 13:25
UNDP rəhbəri 18 ildən sonra Azərbaycana səfər edəcək

Bakı. 25 sentyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klark 1-4 oktyabr tarixlərində Azərbaycana səfər edəcək.

"Report"un UNDP saytına istinadən verdiyi məlumata görə, səfərin əsas məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün təşkilat tərəfdən yüksək səviyyədə dəstəyin verilməsi, hökumətin iqtisadi və sosial inkişaf sahələrində uğurlarını müşahidə etmək və Azərbaycanın tam hüquqlu donor icmasına qoşulması yolunda hazırlığını yoxlamaqdır.

Səfər zamanı H.Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakı planlaşdırılır. UNDP rəhbəri eyni zamanda yüksək rütbəli hökumət nümayəndələri, qadın siyasətçilər, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri ilə görüşəcək. UNDP rəhbəri həmçinin 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi və Qlobal Dayanıqlı İnkişaf Məqsədləri üzrə ADA Universitetində mühazirə deyəcək.

Səfər zamanı Helen Klarkı təşkilatın rəhbər müavini və Şərqi Avropa və MDB ölkələri üzrə UNDP-in Regional Bürosunun direktoru, Cihan xanım Sultanoğlu və digər BMT rəsmiləri müşahidə edəcək.

Xatırladaq ki, UNDP rəhbərinin Azərbaycana sonuncu səfəri 1996-cı ildə olub.

İngilis versiyası UNDP to visit Azerbaijan

Son xəbərlər

Orphus sistemi