Siyavuş Novruzov YAP-da daha bir vəzifəsini itirdi

Siyavuş Novruzov YAP-da daha bir vəzifəsini itirdi Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) daha bir vəzifəsini itirib.
Daxili siyasət
15 Sentyabr , 2020 14:13
Siyavuş Novruzov YAP-da daha bir vəzifəsini itirdi
Siyavuş Novruzov
0 : 00
0 : 00

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) daha bir vəzifəsini itirib.

Bu barədə “Report”a partiyadakı mənbədən məlumat verilib.

Bildirilib ki, yaxın günlərədək S.Novruzov partiyanın Təşkilat şöbəsinin müdiri olub: “O, vəzifəsindən azad edilib, həmin vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub”.

Qeyd edək ki, avqustun 25-də Siyavuş Novruzov partiyanın İcra katibinin müavini postundan azad edilmişdi.

Son xəbərlər

Orphus sistemi