Qərargah rəhbəri: "Azərbaycanda keçiriləcək seçkiləri MDB missiyasının 221 üzvü müşahidə edəcək"

Qərargah rəhbəri: "Azərbaycanda keçiriləcək seçkiləri MDB missiyasının 221 üzvü müşahidə edəcək" Müşahidə missiyasının rəhbəri, MDB-nin İçraçı katibi Sergey Lebedev Bakıya aprelin 10-da gələcək
Daxili siyasət
6 Aprel , 2018 12:46
Qərargah rəhbəri: Azərbaycanda keçiriləcək seçkiləri MDB missiyasının 221 üzvü müşahidə edəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda Prezident seçkiləri günü səsverməni MDB missiyasının 221 üzvü müşahidə edəcək.

Bu barədə "Report"a MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda məlumat verib.

"Missiya Azərbaycanın, demək olar, bütün seçki dairələrində seçkiləri müşahidə etmək niyyətindədir. Hər şeyi əhatə etməyi planlaşdırırıq", - Y.Sloboda deyib.

O bildirib ki, müşahidə missiyasının rəhbəri, MDB-nin İçraçı katibi Sergey Lebedev Bakıya aprelin 10-da gələcək.

Xatırladaq ki, MDB-nin uzunmüddətli müşahidə missiyası martın 20-dən Azərbaycandadır.

Azərbaycanda Prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi