Prezidentin köməkçisi xarici həkimlərlə bağlı açıqlama verdi

Prezidentin köməkçisi xarici həkimlərlə bağlı açıqlama verdi “Türkiyədən, Rusiyadan Azərbayacana tibb mütəxəssis heyəti gəlib. Onlar Operativ Qərargahla da fikir mübadiləsi aparırlar”.
Daxili siyasət
10 İyul , 2020 17:19
Prezidentin köməkçisi xarici həkimlərlə bağlı açıqlama verdi

“Türkiyədən, Rusiyadan Azərbayacana tibb mütəxəssisi heyəti gəlib. Onlar Operativ Qərargahla da fikir mübadiləsi aparırlar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təcrübə mübadiləsinin aparılması vacib məqamlardan biridir:

“Azərbaycanda da yoluxanların sayında azalma olduqdan sonra həkimlərimiz digər ölkələrə gedə bilərlər. Həkimlərimiz gərgin fəaliyyət göstərirlər. Kubadan da həkim heyətinin gəlməsi nəzərdə tutulur. Kubanın pandemiyaya qarşı mübarizədə zəngin təcrübəsi var. Bizim onlarla dostluq münasibətlərimiz var”.


 

Son xəbərlər

Orphus sistemi