Könüllülər polisə dəstək oldu

Könüllülər polisə dəstək oldu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini rəhbər tutaraq Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında paytaxt könüllülərinin iştirakı ilə “Mənim polisim” adlı sosial aksiya keçirilib.
Daxili siyasət
30 İyun , 2020 23:15
Könüllülər polisə dəstək oldu

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini rəhbər tutaraq Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında paytaxt könüllülərinin iştirakı ilə “Mənim polisim” adlı sosial aksiya keçirilib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsindən "Report"a verilən məlumata görə, layihə 2 iyul – Azərbaycan Polisi gününə həsr olunub.

“Mənim polisim” adlı sosial aksiya çərçivəsində "Formula 1", IV İslam Həmrəylik Oyunlarının, Avropa Gənclər Yay Olimpiya Festivalının könüllüləri, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və paytaxt Gənclər və İdman İdarələrinin əməkdaşlarının iştirakı ilə Bakının Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi və Səbail rayonlarında COVID-19 pandemiyası dövründə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq olunmuş qaydalarla bağlı quraşdırılmış stasionar postlarda xidmət aparan polis əməkdaşlarına vətəndaş həmrəyliyi, dəstək və təşəkkürlərini bildiriblər.

Gerçəkləşən bu aksiya hüquq-mühafizə orqanlarında çalışan polisə gecə və gündüz ictimai əsayişin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində, bu ərəfədə insanların sağlamlığının qorunmasında, təhlükəsizlik təminatında, hüquqa zidd halların qarşısının alınmasında apardıqları yorulmaz və əvəzsiz xidmətə təşəkkürdür.

Son xəbərlər

Orphus sistemi