Hökumət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiqləyib - SİYAHI

Hökumət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiqləyib - SİYAHI Kollegiyanın üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib
Daxili siyasət
22 İyul , 2016 14:20
Hökumət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiqləyib - SİYAHI

Bakı. 22 iyul. REPORT.AZ/ Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiqləyib.

“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.

Sənədə əsasən, nazirliyin kollegiyasının üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib.

Kollegiyanın sədri

Quluzadə Ramin Namiq oğlu (rabitə və yüksək texnologiyalar naziri)

Kollegiyanın üzvləri:

Abdullayev Əli İzzət oğlu (rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini)

Məmmədov İltimas Əhməd oğlu (rabitə və yüksək texnologiyalar nazirinin müavini)

Vəlizadə Elmir Tofiq oğlu (rabitə və yüksək texnologiyalar nazirinin müavini)

Məmmədov Rövşən Həmid oğlu (Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri)

Məmmədov Tahir Nadir oğlu (Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri)

Əsədov Elnar Tahir oğlu (Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru).

Bu qərar iyulun 19-dan qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi