Azərbaycanın 10 milyonuncu sakininin doğum haqqında şəhadətnaməsi onun valideynlərinə təqdim olunub

Azərbaycanın 10 milyonuncu sakininin doğum haqqında şəhadətnaməsi onun valideynlərinə təqdim olunub Azərbaycan Respublikasının 10 milyonuncu sakini Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi aprelin 10-da onun valideynlərinə təqdim olunub.
Daxili siyasət
10 Aprel , 2019 17:36
Azərbaycanın 10 milyonuncu sakininin doğum haqqında şəhadətnaməsi onun valideynlərinə təqdim olunub

Azərbaycan Respublikasının 10 milyonuncu sakini Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi aprelin 10-da onun valideynlərinə təqdim olunub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, şəhadətnamə Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsində təntənəli şəkildə təqdim edilib.

Xatırladaq ki, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Son xəbərlər

Orphus sistemi