ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyasının üzvləri martın 15-dən Azərbaycanın bölgələrinə göndəriləcək

ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyasının üzvləri martın 15-dən Azərbaycanın bölgələrinə göndəriləcək Bakı. 9 mart. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidə missiyasının üzvləri martın 15-dən Azərbaycanın bölgələrinə göndəriləcək.
Daxili siyasət
9 Mart , 2018 16:06
ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyasının üzvləri martın 15-dən Azərbaycanın bölgələrinə göndəriləcək
Report/ Firi Salim

Bakı. 9 mart. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidə missiyasının üzvləri martın 15-dən Azərbaycanın bölgələrinə göndəriləcək.

"Report" xəbər verir ki, bu barədə ATƏT DTİHB-nin Azərbaycandakı prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Korien Conker (Hollandiya) Bakıda keçirilən mətbuat konfransında bildirib.

Ümumilikdə, uzunmüddətli missiya 30 müşahidəçidən - 10 ekspertdən ibarət əsas heyət və martın 15-dən etibarən ölkənin regionlarına göndəriləcək 20 uzunmüddətli müşahidəçidən ibarətdir.

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün DTHİB əlavə olaraq 280 qısamüddətli müşahidəçi gətirəcək. Ekspertlər və uzunmüddətli müşahidəçilər 19 ölkədən yığılıb.

Son xəbərlər

Orphus sistemi