ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri: "Hökumətlə əməkdaşlıqdan razıyıq"

ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri: "Hökumətlə əməkdaşlıqdan razıyıq" ATƏT DTİHB-nin Azərbaycanda keçiriləcək Prezident seçkiləri üzrə müşahidə missiyası fəaliyyətinə başlayıb
Daxili siyasət
9 Mart , 2018 15:15
ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri: Hökumətlə əməkdaşlıqdan razıyıq
Report/ Firi Salim

Bakı. 9 mart. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidə missiyası fəaliyyətinə başlayıb.

"Report" xəbər verir ki, missiyaya Hollandiyadan olan Korien Conker (Corien Jonker) rəhbərlik edir.

K.Conker uzunmüddətli müşahidə missiyasının işinin başlanması münasibətilə Bakıda keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər (qısamüddətli müşahidəçilər), eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.

"Artıq Xarici İşlər Nazirliyində qəbulda olmuşuq və bu gün Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə görüş keçirəcəyik. Hökumətlə əməkdaşlıqdan razıyıq", - K.Conker bildirib.

O vurğulayıb ki, gələn həftə uzunmüddətli missiyanın daha, təxminən, 20 üzvünün Azərbaycana gələcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək. Fevral ayında Azərbaycanda səfərdə olan ATƏT DTİHB-nin qiymətləndirmə missiyası Büroya qarşıdakı seçkilərə müşahidəçi missiya göndərməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi