Türk Şurası Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yaydı

Türk Şurası Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yaydı “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həll edilməlidir”.
Qarabağ
14 İyul , 2020 21:40
Türk Şurası Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yaydı
0 : 00
0 : 00

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həll edilməlidir”.

“Report” xəbər verir ki, bəyanat Türk Şurasının rəsmi saytında dərc edilib.

“Türk Şurasının baş katibi Bağdad Amreyev dərin narahatlığını bildirib və sıx əhaliyə malik sərhədyanı Tovuz rayonunun artilleriya atəşinə tutulmasını və beləliklə, bölgədə gərginliyin artmasını qətiyyətlə pisləyib. Baş katib ölənlərin ailələrinə, həmçinin Azərbaycan xalqı və hökumətinə başsağlığı verir, yaralılara isə şəfa diləyir. Baş katib tərəfləri dərhal döyüş əməliyyatlarını dayandırmağa, vəziyyətin deeskalasiyasına, həmçinin onları münaqişənin beynəlxalq səviyyədə qəbul edilmiş prinsip və normalar, həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələr əsasında sülh həllinin yollarını axtarmağa çağırıb”.

Son xəbərlər

Orphus sistemi