Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib

Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib Aksiyada Ermənistanın işğalçı siyasəti qınanılacaq
Qarabağ
16 İyul , 2020 19:05
Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib

Bu gün Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında Azərbaycana dəstək aksiyası keçirilib. 

"Report" xəbər verir ki, aksiyada Ermənistanın işğalçı siyasəti qınanılıb, "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Qarabağ bizimdir, bizim olacaq!" və s. şüarlar səsləndiriblər. 


*** 10:31

Bu gün və sonrakı günlərdə İranın paytaxtı Tehranda və müxtəlif şəhərlərdə, o cümlədən Təbriz, Ərdəbil, Urmiya, Zəncanda Azərbaycana dəstək mitinq və yürüşləri keçiriləcək.

"Report" xəbər verir ki, aksiyada Ermənistanın işğalçı siyasəti qınanılacaq.

Habelə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında Azərbaycana dəstək aksiyası keçiriləcək.

Xatırladaq ki, İran rəsmiləri iyulun 12-də Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatı pisləyib, Azərbaycanın ərazi bütövlüyünü müdafiə ediblər.

Son xəbərlər

Orphus sistemi