Şuşada 3 erməni dəm qazından zəhərlənərək ölüb

Şuşada 3 erməni dəm qazından zəhərlənərək ölüb Bakı. 9 yanvar. REPORT.AZ/ Ermənistanın işğalı altında olan Azərbaycanın Şuşa şəhərində dəm qazından zəhərlənmə nəticəsində 3 erməni ölüb, 1-i xəsarət alıb.
Qarabağ
9 Yanvar , 2019 09:56
Şuşada 3 erməni dəm qazından zəhərlənərək ölüb

Bakı. 9 yanvar. REPORT.AZ/ Ermənistanın işğalı altında olan Azərbaycanın Şuşa şəhərində dəm qazından zəhərlənmə nəticəsində 3 erməni ölüb, 1-i xəsarət alıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onların hamısı bir ailənin üzvləridir. 

Belə ki, Şuşadakı evlərdən birindən 1986-cı ildə anadan olmuş S.M. və 1990-cı ildə doğulmuş A.A. adlı ər-arvadın, onların 2014-cü ildə andan olmuş J.M. adlı oğullarının meyiti aşkarlanıb. 2011-ci ildə anada olan uşaq isə Azərbaycanın işğal altında olan Xankəndi şəhərindəki xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

Hadisə ilə bağlı araşdırma aparılır.

İlkin məlumata əsasən, hadisə dəm qazından zəhərlənmə nəticəsində baş verib.

Qeyd edək ki, yanvarın 7-də Yerevanda da 10 nəfər dəm qazından zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi