Bakı. 6 dekabr. REPORT.AZ/ "ATƏT məkanında mövcud olan istər hazırkı böhran vəziyyətlərin, istərsə də çoxdandır uzadılan münaqişələrin həlli tapılmalıdır".
“Report” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda başlayan 25-ci iclasının açılışında ATƏT-in fəaliyyətdəki sədri, İtaliya xarici işlər naziri Enzo Moaveri-Milanezi bildirib.
O, İtaliyanın builki sədrliyi dövründə Aralıq dənizi regionundakı vəziyyət və təhlükəsizlik məsələləri kimi bəzi prioritetləri rəhbər tutduğunu diqqətə çatdırıb.
“ATƏT-in hələ də üzləşdiyi çətinliklər, böhran vəziyyətləri aradan qaldırılmalıdır. ATƏT məkanında mövcud olan istər bu yaxınlardakı Azov dənizindəki böhran kimi hazırkı münaqişələrin və böhran vəziyyətlərin, istərsə də çoxdandır uzadılan münaqişələrin, - məsələn qarşımızda hələ də duran