Rusiyalı politoloq: "Qarabağ münaqişəsinin həlli vacibdir"

Rusiyalı politoloq: "Qarabağ münaqişəsinin həlli vacibdir" “Hələlik bu atışmaların səbəblərin barədə danışmaq çətindir, araşdırma aparılmalıdır. Lakin bunlar münaqişənin heç də dondurulmadığından xəbər verir. Müəyyən qədər süstləşsə də, münaqişə çox ciddidir və həll olunması da vacibdir”.
Qarabağ
13 İyul , 2020 16:19
Rusiyalı politoloq: Qarabağ münaqişəsinin həlli vacibdir
Sergey Markov 

“Hələlik bu atışmaların səbəbləri barədə danışmaq çətindir, araşdırma aparılmalıdır. Lakin bunlar münaqişənin heç də dondurulmadığından xəbər verir. Müəyyən qədər süstləşsə də, münaqişə çox ciddidir və həll olunması da vacibdir”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq Sergey Markov Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri şərh edərkən bildirib.

“Rusiyanın təşəbbüsü ilə hazırlanan və Kazan formatı deyilən həll modelinə görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarır, bunun müqabilində Azərbaycan iqtisadi blokadanı dayandıraraq hərbisizləşdirilmiş bölgə, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında iki dəhliz yaradır. Bu model hələlik həyata keçirilmir, çünki Ermənistan rəhbərliyi radikallardan çəkinir. Son atışmalar da həmin modeli həyata keçirməyin nə qədər zəruri olduğunu bariz şəkildə ortaya qoydu, ekspert deyib.

“Məsələ ondadır ki, vahid Ermənistan əslində yoxdur. Ermənistan daxilində müxtəlif mövqelər var. Paşinyan danışıqlara getmək istəyir, amma qorxur. Radikallar danışıqları istəmir. Əhali də nə istədiyini dəqiq dərk etmir, yəni Paşinyanı də dəstəkləməyə hazırdır, amma bəzən radikallara da dəstək verir. Odur ki, vəziyyət dayanıqsızdır. Buna baxmayaraq, danışıqların labüd olduğunu başa düşən qüvvələr də Ermənistanda var”, - deyə rusiyalı politoloq qeyd edib.

Son xəbərlər

Orphus sistemi