Peskov: "Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır"

Peskov: "Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır" Rusiya Minsk qrupunun həmsədri olaraq vasitəçilik səylərini göstərməyə hazırdır.
Qarabağ
14 İyul , 2020 14:21
Peskov: Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan narahatdır
Dmitri Peskov

“Kreml Ermənistan və Azərbaycan sərhədində baş verən atışmalardan dərin narahatdır və tərəfləri təmkinli olmağa, atəşkəs rejiminə əməl etməyə çağırır“.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalardan çox narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəsə dair öhdəliklərinə əməl etməyə çağırırıq", - D.Peskov qeyd edib.

"Rusiya Minsk qrupunun həmsədri olaraq vasitəçilik səylərini göstərməyə hazırdır. Buna görə də hər iki tərəfi bir daha təmkinli olmağa çağırırıq", - Kremilin mətbuat xidmətinin rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi